FÚÇİK (Fučik) Yulius (23.2.1903, Praqa – 8.9.1943, Berlin) – çex yazıçısı, jurnalist. Çexoslovakiyanın milli qәhrәmanı. Beynәlxalq Sülh mükafatı laureatı (1950, ölümündәn sonra). 1920-ci illәrin әvvәllәrindә Praqa un-tinin fәlsәfә fakültәsindә oxumuşdur. 1920-ci illәrdә kommunistlәrin “Rude pravo” qәzetinin, “Tvorba” jurnalının redaktoru olmuşdur. 1941 ildәn Çexoslovakiya KP MK üzvü idi. İkinci dünya müharibәsi illәrindә faşizmә qarşı çıxmış, gizli mәtbuata rәhbәrlik etmişdir. 1942 ildә gestapo tәrәfindәn hәbs olunmuş, 1943 ildә Berlin hәbsxanasına aparılmışdır. Siyasi vә әdәbi mövzularda çoxsaylı reportaj, mәqalә vә oçerklәrin müәllifidir. Praqadakı Pankrats hәbsxanasında mәşhur “Edamqabağı reportaj” kitabını yazmışdır (1945 ildә nәşr olunmuşdur). Edam edilmişdir. Praqada abidәsi qoyulmuşdur (1979).
Ə s ә r l ә r i: Faşist zindanından sәslәr. B., 1954; Избранное, кн. 1–2. М., 1983.
Əd.: Р а д в о л и н а И.М. Рассказ о Юлиусе Фучике. М., 1967; Ф у ч и к о в а Г. Воспоминания о Ю.Фучике. 3 изд. М., 1973; Ф и л и п п о в В.Н. Ю. Фучик. М., 1986.