FUÇJÓU – Çinin c.-ş.-indә şәhәr. Futszyan әyalәtinin inz. m. Əh. 7,7 mln. (2017). Mintszyan çayının mәnsәbindә port. Gәmi tәrsanәlәri, metallurgiya, maşınqayırma, kimya, elektron, toxuculuq, kağız, yeyinti sәnayesi, tikinti materialları istehsalı, meşә vә k.t. mәhsullarının emalı var. Lak, çini, bambuk mәmulatları vә s. istehsal olunur.
Fuçjou şәhәrindәn görünüş.
Şәhәrin әsasının qoyulmasının dәqiq tarixi mәlum deyil. İlk şәhәr divarları e.ә. 202 ildә tikilmişdir. İndiki adını Tan dövründә (725 ildәn) almışdır. Şәhәrin әtrafına yeni divarlar 282, 901, 905, 974, 1371 illәrdә çәkilmişdir. Cәnubi Sun dövründә F. әn inkişaf etmiş şәhәrlәrdәn biri idi.
Fuçjou. Siçan mәbәdi. 9 әsr.
F.-da vә şәhәrәtrafında әnәnәvi Çin memarlığı abidәlәri, o cümlәdәn paqodalar mühafizә olunur. Pedaqoji un-t (1907), meşә vә k.t. un-ti (1936), tibb un-ti (1937), F. un-ti (1958), texnologiya un-ti (2002); Elm vә texnologiya parkı (1988) vә s. var.