FUDZİYÁMA, F u d z i, F u d z i s a n (ehtimal ki, aynu dilindә Fusxi – od ilahәsi; yaponca yama, san – dağ) – Honsü a.-nda, Tokiodan tәqr. 100 km c.-q.-dә fәaliyyәtdә olan vulkan (son dәfә 1707–08 illәrdә püskürmüşdür). Yaponiyada әn yüksәk zirvә (3776 m). Bazalt vә andezit lavalarından ibarәtdir. Düzgün konusu var, kraterinin diametri 800 m, dәrinliyi tәqr. 200 m-dir. Zirvәsi 10 ay qarlı olur. Yamacları hәmişәyaşıl meşәlәr vә kolluqlarla örtülüdür. Yaponlar üçün müqәddәs dağdır; dini ziyarәt yeridir. Fudzi-Hakone-İdzu Milli Parkının tәrkibinә daxildir. Turizm inkişaf etmişdir.