FUÉQO (Fuego) – Mәrkәzi Amerikada, Qvatemalanın c.-unda fәaliyyәtdә olan vulkan. Qvatemalanın qәdim paytaxtı Antiqua ş. yaxınlığındadır. Hünd. 3763 m. Stratovulkandır (diametri 5 km). Zirvәsindә aktiv krater var; şm.-q. yamacında fumarol çöllәridir. Sonuncu dәfә 2015 ildә püskürmüşdür.
Fueqo vulkanı.