FUKÓ RƏQQASI – uzun nazik asqıdan asılmış ağır kürә şәklindә rәqqas; Yerin sutka әrzindә fırlanmasını әyani göstәrmәk üçündür. Rәqqasın (çәkisi 28 kq, asqının uz. 67 m) rәqs müstәvisinin dönmәsi ilә bağlı ilk tәcrübәni 1850 ildә J.B.L.Fuko nümayiş etdirmişdir. Əgәr Yer fırlanmasaydı F.r.-nın rәqs müstәvisi Yerә nәzәrәn dәyişmәzdi. Yerin fırlanması rәqs müstәvisinin eninә tәsir edәn Koriolis qüvvәsinin yaranmasına sәbәb olur. Nәticәdә rәqs müstәvisi şaqul әtrafında Yerin fırlanmasının әksinә olaraq müntәzәm dönür (Şm. yarimkürәsindә F.r.-nın hәrәkәtinә görә sağa, C. yarımkürәsindә sola). Dünyada 20-yә yaxın F.r. var. Ən böyüyü (uz. 98 m, çәkisi 54 kq) 1931 ildә Leninqradda (indiki S-Pb) İsaaki kilsәsindә qurulmuşdur.