FUKO TƏCRÜBƏSİ – eyni n tezliyinә malik işığın havada vә suda sürәtlәrinin müqayisәsinә aid tәcrübә. 1850 ildә J.B.L.Fuko hәyata keçirmişdir. Eksperimentlәr göstәrdi ki, işığın suda sürәti dalğa nәzәriyyәsinin qabaqcadan xәbәr vermә- sinә uyğun olaraq u = c/n (n)-yә bәrabәrdir (burada c – işığın havada sürәti, n – suyun sındırma әmsalıdır).
1862-dә Fuko A.İ.Fizonun 1849 ildә istifadә etdiyi dişli çarx әvәzinә (F i z o ü s u l u) sürәtlә fırlanan güzgü tәrbiq edәrәk (F u k o ü s u l u) işığın ölçülmәsinә aid D.F.Araqonun 1838 ildә söylәdiyi ideyanı hәyata keçirdi. Bax hәmçinin İşığın sürәti, Fizo tәcrübәsi.