Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FUKÓ (Foucault) Mişel

    FUKÓ (Foucault) Mişel (15.10.1926, Puatye – 25.6.1984, Paris) – fransız filosofu, sosioloq, tarixçi. Ali Normal Mәktәbdә (Paris, 1946–51) tәhsil almış, 1951–55 illәrdә orada (sonra Klermon-Ferran, Lill un-tlәrindә vә Varşava, Uppsala, Hamburq vә s. şәhәrlәrdәki Fransa mәdәniyyәt mәrkәzlәrindә) dәrs demiş, 1970 ildәn Kollej de Fransın prof.-u olmuşdur.

    F.-nun yaradıcılığında üç әsas mәrhәlәni ayırmaq olar: 1) “bilik arxeologiyası” (1960-cı illәr); 2) “bilik-hakimiyyәt”in genealogiyası (1970-ci illәr); 3) özünü formalaşdıran vә buna görә dә özünüdәrketmә, öz üzәrindә iş qismindә “özlәşmә texnikası”nı (“techiques de soi”) ehtiva edәn әxlaq subyekti kimi insanın “mövcudluq estetikası”. Bu mәrhәlәlәr arasında hәm qopmalar, hәm dә varislik vә müәyyәn vәhdәt mövcuddur.

    “Bilik arxeologiyası”nın (“L’archeologie du savoir”, 1969) mәrkәzindә tarixәn formalaşan hadisә kimi bilik problemi durur. F.-ya görә, sözlәr, şeylәr vә fәrdlәr fәal münasibәtlәr şәbәkәsinә daxildir vә “bilik arxeologiyası” onların mahiyyәt strukturunu üzә çıxarmalıdır. Dәliliyin sosiokoqnitiv tarixinә dair tәdqiqat (“Klassik dövrdә dәlilik tarixi” – “Histoire de la folie a l’age classique”, 1961) F.-nun yaradıcılığında dönüş mәrhәlәsi oldu. Bu әsәrindә vә “Klinikanın yaradılışı: tәbib görüşünün arxeologiyası”nda (“Naissance de la clinique: une atcheologie du regard medical”, 1963) F. klassik dövrün әnәnәvi “tәsnifatçı” tәbabәtini әvәz edәn psixiatrik sığınacaq, klinik tәbabәt kimi müasir institusiyaların forma- laşmasında sivilizasiyadan doğan vә epistemoloji ilkin şәrtlәri nәzәrdәn keçirirdi. F.-ya dünya şöhrәti gәtirmiş “Sözlәr vә şeylәr: humanitar elmlәrin arxeologiyası” (“Les mots ct les choses: une archeologie des sciences humaines”, 1966) kitabında sinxron fәaliyyәt göstәrәn “diskursiv praktikalar”ın, onların normativlәri vә şәxssiz qaydalarının tәhlili bu vә ya digәr epoxada “tәfәkkür nizamı”nı, müvafiq olaraq, mümkün olan bilik formalarını vә onun haqqında tәsәvvürlәri şәrtlәndirәn sabit strukturları (“epistemlәr”i) aşkarlamağa xidmәt edir. F. Avropa sivilizasiyasında İntibah dövründәn başlayaraq üç bu cür epistemi: “renessans”, “klassik” vә “müasir” (19 әsrin başlanğıcından) fәrqlәndirir. Bu zaman F.-da subyektin rolu da başqa cür dәrk edilir: artıq o, biliyin şәxsi fәrdilәşmiş istehsalçısı olmur, “diskursun dәyişkәn vә mürәkkәb funksiyası” kimi müәyyәnlәşdirilir.

    “Bilik-hakimiyyәt”in genealogiyası (F.Nitsşenin “Əxlaqın genealogiyası”nın analogiyası ilә) semiotik-kulturoloji “bilik arxeologiyası”ndan fәrqli olaraq, radikal siyasilәşdirilmiş bilik sosiologiyasının özünәmәxsus variantıdır. “Bilik-hakimiyyәt” (pouvoir-savoir) anlayışında ictimai-siyasi vә koqnitiv ölçülәr hәm bilik fәaliyyәtinin sosial formalarını, hәm dә onun hakimiyyәt institutları tәrәfindәn reallaşdırılmasını әhatәlәyәrәk ayrılmaz vәhdәt tәşkil edir. Hәlә erkәn әsәrlәrindә F. elmi biliyin yarandığı, tәtbiq olunduğu vә ötürüldüyü, eyni zamanda sivilizasiya proseslәrinin idarә olunmasına dair müәyyәn siyasi strategiyanın aparıldığı mühüm sosial institutları tәdqiq etmişdir. Bu dövr “Nәzarәt etmәk vә cәzalandırmaq: Hәbsxananın yaranması” (“Surveiller et punir: Naissance de la prison”, 1975) vә “Seksuallıq tarixi”nin 1-ci cildini tәşkil edәn “Biliyә canatma” (“La volonte de savoir”, 1976) әsәrlәrindә daha parlaq tәmsil olunmuşdur. F. bilik (o cümlәdәn tәbiәt haqqında bilik) genezisinin üç әsas sosioiyasi matrisasını ayırmışdır: “ölçü”, yaxud “ölçmә” (antik dövr); yalnız hüquqi prosedur kimi deyil, hәm dә әnәnәyә әsaslanan biliyә qarşı duran vә tәbiәt haqqında biliyi әldәetmә texnikası kimi çıxış edәn “sorğu”, yaxud “tәhqiqat” (orta әsrlәr); “müayinә”, yaxud “yoxlama”nın (Yeni dövr) matrisa kimi fәaliyyәt göstәrmәsi bütövlükdә “inzibati cәmiyyәt”i tәşkil edәn hәbsxana, tibbi klinika, mәktәbdәki imtahan vә s. bu kimi sosial müәssisәlәrin yaranması ilә bağlıdır. 17–18 әsrlәrdәn başlayaraq insan hәyatının ümumi idarәçilik vә tәnzimlәmә formalarına çevrilmiş “intizam” prosedurları bu cür cәmiyyәtin hәm müxtәlif institutlarının (nizami ordular, kütlәvi mәktәblәr vә s.), hәm dә elmi biliyin idrak metodları vә normativ prinsiplәrinin әsasında durur.

    F. yaradıcılığının üçüncü mәrhәlәsinin mәrkәzindә öz hәyatını mövcudolma sәnәti kimi tәcrübә edәn fәrdi subyekt qismindә insan dururdu. F. institutların sosiokoqnitiv tarixindәn antik dövrün “özünә qayğı” praktikalarının tәhlilinә keçirdi. “Seksuallıq tarixi”nin müvafiq olaraq 2-ci vә 3-cü cildlәrini tәşkil edәn “Hәzzlәrdәn istifadә” (“L’usage des plaisirs”, 1984) vә “Özünә qayğı” (“Le souci de soi”, 1984), hәmçinin 1981–82 illәrdә Kollej de Fransdakı mühazirәlәr kursu olan “Subyektin hermenevtikası” (“L’hermeneutique du sujet”) bu dövrün әsas әsәrlәridir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN