FUKUİ – Yaponiyada, Honsü a.-nda şәhәr. Fukui prefekturasının inz. m. Əh. 264,2 min (2017). Nәql. qovşağı.
Fukuoka şәhәrindәn görünüş.
Şәhәrin әsası 1889 ildә qoyulmuşdur. İkinci dünya müharibәsi zamanı ABŞ aviasiyasının hücumlarına, 1948 il iyunun 28-dә isә zәlzәlә nәticәsindә ciddi dağıntılara mәruz qalmışdır. Sonradan yenidәn qurularaq regionun sәnaye vә mәdәniyyәt mәrkәzinә çevrilmişdir (bu sәbәbdәn şәhәrin rәsmi simvolu Simurq quşudur). 2000 ildәn xüsusi şәhәr statusuna malikdir.
İpәkәyirmә vә ipәktoxuma mәrkәzidir. Maşınqayırma sәnayesi, sintetik liflәr, çini qablar, dәri mәmulatları, kağız istehsalı; un-t, rәsәdxana vә s. var. Gülçülük (zanbaq ixrac edilir) inkişaf etmişdir.