FUKUÓKA – Yaponiyada, Küsü a.-nın şm. sahilindә şәhәr. Fukuoka prefekturasının inz. m. Əh. tәqr. 1,6 mln. (2019). Küsü a.-nın şm. hissәsindә, Haka çayı sahilindә, Yapon dәnizinin Hakata körfәzi sahilindә yerlәşir. Mühüm nәql. qovşağı (o cümlәdәn sürәtli “Sinkansen” d.y.-nda sonuncu st.). Dәniz portu; Pusan ş. (Koreya Resp.) ilә bәrә әlaqәsi var. Beynәlxalq aeroport.
Fukuoka şәhәrindәn görünüş.
Dadzayfu adı ilә 6 әsrdәn mәlumdur. Mühüm beynәlxalq ticarәt (Çin vә Koreya ilә) mәrkәzi idi. 11 әsrin әvvәllәrindәn Hakata adlandırılmışdır. 1601 ildә indiki şәhәrin әrazisi Kuroda nәslinin hakimiyyәti altına keçmişdir. 17 әsrdә Fukuoka qәsri (nәslin tarixi vәtәninin şәrәfinә adlandırılmışdır) tikilmiş, mәskәn Fukuoka feodal dövlәtinin paytaxtı statusunu vә indiki adını almışdır. 1871 ildә Fukuoka prefekturası tәrkibindә Fukuoka vә Hakata rayonlarına bölünmüş, 1878 ildәn vahid Fukuoka r-nunda birlәşdirilmişdir. 1889 ildә şәhәr statusunu almışdır. 1945 ildә ABŞ aviasiyasının bombardmanına mәruz qalmışdır.
F.-da Ataqo (eramızın 72 ili), Kusida (757), Sumiyosi (8 әsr), Hakodzakiqu (923, hamısı yenidәn tikilmişdir) sintoist mәbәdgahları, Totödzi (әsası 806 ildә qoyulmuşdur) vә Söfukudzi (1195; ilk dzen mәbәdlәrindәn biri) buddist mәbәdlәri, 1601–07 illәrә aid qәsrin xarabalığı, Fukuoka Bank (1975, memar Kurokava Kisö), incәsәnәt muzeyi (1979, memar Maekava Kunio) vә Nishi-Nippon City Bankın (1983, memar İsodzaki Arata) binaları, “Fukuoka Tower” (1989, “Nikken Sekkei” memarlıq bürosu; hünd. 234 m) baxış qüllәsi, “Il Palazzo” (1989, memar A.Rossi) hoteli, “Nexus World” (1991, OMA memarlıq bürosu, memarlar K. De Portzampark, S.Holl vә b.) yaşayış mәskәni, ACROS mәdәni mәrkәzi (1992–95, memar E. Ambaş) vә s. var.
1947 ildәn hәr il kişilәr arasında marafon yarışları, yay Universiadası (1995), su idmanı növlәri (2001) vә dәrә-tәpә yerlәrdә qaçış üzrә (2006) dünya çempionatları, kişilәr arasında voleybol üzrә dünya çempionatının matçları (2006) vә sumo üzrә hәr il peşәkar turnirlәrin keçirildiyi yerdir. Ən iri stadionu “Fukuoka Yafuoku Doum” (38 mindәn artıq yer) beysbol stadionudur.
F. regional elm vә tәhsil mәrkәzidir. Çoxsaylı elmi tәdqiqat mәrkәzlәri (sәnaye, yeni energetika vә biotexnologiyalar, k.t., balıqçılıq vә s. sahәlәr üzrә) fәaliyyәt göstәrir. “İnnovation Plaza Fukuoka” elm vә texnologiyalar yapon milli idarәsinin mәrkәzidir. Küsü milli dövlәt un-ti (1911; tәrkibindә tәtbiqi mexanika, kimya vә materiallar mühәndisliyi vә s. elmi tәdqiqat in-tları; arxivlәr vә kitabxanalar), F. qadın un-ti (1923) vә bir neçә özәl ali tәhsil müәssisәsi; F. incәsәnәt (1979), Fukuoka prefekturası tәsviri sәnәt (1985), şәhәr (1990), Asiya incәsәnәti (1999) vә s. muzeylәr, şәhәr kütlәvi kitabxanası (1996); teatrlar var. Beynәlxalq “Focus on Asia” kinofestivalı (1991 ildәn, hәr il) keçirilir. “Okamoto festival balle” (1980) balet truppası var. Zoo- park. Okeanarium.
F. iqtisadiyyatında xidmәt sferası, o cümlәdәn inzibati (korporativ idarәetmә dә daxil olmaqla), port tәsәrrüfatına xidmәt, ticarәt (aparıcı milli mәrkәzlәrdәn biridir), bank-maliyyә biznesi üstünlük tәşkil edir. Dәniz portunun yük dövriyyәsi tәqr. 33,22 mln. t, sәrnişin dövriyyәsi tәqr. 2 mln. nәfәrdir (2017). F.-da “Iwataya” (iri univermaqlar şәbәkәsi) vә “Kyushu Electric Power Co.” (elektrik tәchizatı) şirkәtlәrinin mәnzil-qәrargahları, fond birjası (1949) yerlәşir. Maşınqayırma (“Fukuoka Shipbuilding Co.” – gәmiqayırma, “Kuken Kogyo” – kondisioner, “Fuijsanki” – dәzgahqayırma, “Fujiseki” – mәişәt elektrik cihazları, “Parama-Tech” – tibb texnikası), metal emalı (“Watanabe Engineering Corporation” vә “Kenski”), yarımkeçiricilәrin istehsalı (“NSCore”, “JM Technology” vә s. şirkәtlәr), toxuculuq (“Bon Uni Fukuoka” – uniforma, “Fukuoka Cloth Industry Co.” – xüsusi materiallar) vә yeyinti sәnayesi inkişaf etmişdir. “Hakata ori” parçaları vә “Hakata ningö” kuklalarının kustar üsulla hazırlanması.