FUKÚSİMA – Yaponiyada, Honsü a.-nda prefektura. Sah. 11,6 min km2. Əh. 1,8 mln. (2019). İnz. m. Fukusima ş.-dir. Relyefi, әsasәn, dağlıqdır (hünd. 2024 m-әdәk, Adzuma vulkanı). Banday vulkanı vә İnavasiro gölü F. әrazisindәdir. Ərazisinin 65%-i qarışıq meşәlәrlә örtülüdür.
İqtisadiyyatında maşınqayırma vә kimya sәnayesi müәssisәlәri, metal emalı vә әrzaq mәhsullarının istehsalı mühüm yer tutur. AES-lәrin enerjisindәn geniş istifadә olunur. Yerli әhalinin böyük qismi aqrar sahәdә çalışır. K.t.-na yararlı torpaqların 1/2 hissәsindә çәltik әkilir. Hәmçinin tütün, tәrәvәz (pomidor, xiyar, bibәr, kartof vә s.), meyvә (şaftalı, armud, alma, gavalı vә s.) becәrilir. F.-nun әrazisi termal bulaqları ilә mәşhurdur.