FÚQGERLƏR, F u g g e r l ә r – Auqsburq ş.-ndәn olan tacir nәsli, 15–16 әsrlәrdә Renessans dövrü Avropasında Velzerlәrlә yanaşı әn iri bankirlәrdәn biri. F.-in әcdadları toxucular olmuşdur; adları ilk dәfә 1367 ildә Auqsburqda qeyd edilmişdir. Sәnәtkarlıq vә ticarәtlә mәşğul olan F. Auqsburq toxucularını xammalla tәchiz edirdilәr. F.-in banisi Qoca Yakob (tәqr. 1398–1469) olan qolu böyük şöhrәt qazanmışdı. F.-in fәaliyyәti “Varlı” lәqәbini almış Kiçik Yakobun (1459–1525) vә onun qohumu Antonun (1493–1560) dövründә Tirol vә Macarıstanda hasil olunan gümüş vә mis ticarәti sayәsindә geniş vüsәt almışdı. 15 әsrin sonlarından Habsburqların әn iri kreditoruna çevrilmişdilәr. V Karlın himayәsi altında dini-cәngavәr ordenlәrinin әmlakından kral gәlirlәrini iltizama almış vә İspaniyaya nüfuz etmişdilәr. 1511–27 illәr әrzindә F.-in kapitalı 200 mindәn 2 mln. Reyn quldeninәdәk artmışdı; 1546 ildә onların aktivlәri 7 mln. Reyn quldenini ötmüşdü. 1520-ci illәrdәn F. Tirolda metalәritmә vә mәdәn müәssisәlәrindә pay almış, hәmçinin yeni müәssisәlәr inşa etmişdilәr. F. qraf titullarını almaqla yanaşı yeni torpaq sahәlәrinin әldә edilmәsinә ka- pital qoyuluşunu sürәtlә artırırdılar. F.-in süqutu 1570-ci illәrdә İspaniyanın müflislәşmәsi vә magistral ticarәt yollarının Atlantikaya keçmәsi ilә әlaqәdardır. F.-in nümayәndәlәrinin bir çoxu mәşhur humanist olmuş, mesenatlıqları ilә şöhrәt qazanmışdılar. F.-in orta әsr әlyazmalarından ibarәt zәngin kitabxanası Münxen, Vyana vә Vatikan kitabxanalarının әsasını tәşkil etmişdir.