FULALAR – Vyetnamda (Hoanqlyenşon, Hatuyen, Laytyau, Şonla әyalәtlәrindә) xalq. Sayları 6,4 min nәfәrdir. Əsas subetnik qrupları fula lao (özlәrini l a o v a s o, l a o, b o k h o v a s o – “dağlılar” adlandırırlar, safo kimi dә tanınırlar) vә, ehtimal ki, iszuların әn aşağı kastalarının birindәn törәmiş fula xan, xan (yәni Çin) F.-ıdır (özlәrini p u l a, p u l a p o, p a l u k u a – “camaat, xalq”). Digәr subetnik qruplarının әsas hissәsini 1970-ci illәrin sonlarından başlayaraq Çinә miqrasiya etmiş “qara” F. (özlәrini muipa adlandırırlar) vә “rәngli” F. tәşkil edir. Çin-Tibet dil ailәsinin mәrkәzi qrupuna aid olan fula (laovaso) dilindә, fula xanlar isә Çin dilinin cәnub dialektlәrindәn birindә danışırlar. Ənәnәvi inanclarını qoruyub saxlamışlar.
Əsas mәşğuliyyәtlәri tala әkinçiliyi, fula xanlarda isә terraslarda xış, suvarma vә dәmyә әkinçiliyi (çәltik, qarğıdalı, batat, paxlalılar, tәrәvәzlәr, pambıq vә s.); donuz, keçi, it yetişdirilmәsi vә quşçuluq; qundaqlı ox-yayla vә zәhәrli oxlarla ovçuluqdur (pәlәng, ayı, qaban). Sәnәtkarlıq sahәlәrindәn qamışdan hörmә, bambukdan mәişәt әşyalarının hazırlanması, toxuculuq inkişaf etmişdir. Mәskәnlәri dağ yamaclarında yerlәşir, evlәri dirәküstü, yaxud yerüstüdür. Ənәnәvi qadın geyimlәrinә әtәk, qısa kofta, balıqqulağıları ilә haşiyәlәnmiş kәmәr, üst geyimlәrinә isә başdan keçirilәn çiyinlik aiddir. Geyimlәri tikmәlәr vә muncuqlarla bәzәdilir. Kişilәr şalvar vә muncuqlu köynәklәr geyinirlәr. Ənәnәvi yemәklәri duzlu vә quru balıqla, әtlә, tәrәvәz vә әdviyyatla yeyilәn düyüdür.
Ənәnәvi geyimli fulbe qadınları (Nigeriya).
Əvvәllәr F. digәr xalqların (thaylar, vyetlәr) sosial tәşkilatlarından asılı vәziyyәtdә idilәr. İcmalarda qarşılıqlı yardım adәti qalmaqdadır. F.-ın bir qismindә totem qәbilәlәrә bölgü saxlanılmışdır. Kiçik ailәlәr sәciyyәvidir, böyük ailәlәr dә var. Qohumluq ata xәtti üzrәh esablanır. Əcdadların ruhlarının, hәmçinin torpaq, sәma, su, çәltik vә s. kultları yayılmışdır. Əsas bayramları nәğmәlәr vә rәqslәrlә müşayiәt olunan Yeni ildir.