FULBELƏR (özlәrini “pәrәn-pәrәn düşmüş” adlandırırlar, tәk halda – p u l l o; manden dilindә f u l a, f u l a n k e, soninke dilindә f u t a n k e, diola dilindә f u l a k u n d a, hausa dilindә f u l a n i, f i l a n i, volof dilindә p ö l, p ö l b e, tuareq dilindә i f u l a n, i f e l a n, әrәb dilindә f u l l a n, f ә l l a t a, f ә l l a t i vә s.) – Qәrbi vә Mәrkәzi Afrikadaxalq. Qәrbi F.-ә Qvineyanın q.-indә (Boke, Kindia, Labe, Mamu prefekturaları, Farana prefekturasının q. hissәsi; 5,3 mln. nәfәr – әn iri xalqdır) vә Qvineya-Bisaunun c.-unda (Tombali dairәsi, Kinara, Bafata vә Qabu dairәlәrinin c. hissәsi; 350 min nәfәr – sayca 2-ci yerdәdir) yaşayan futa-callonlar (dyallonlar); Seneqalda (2 mln. nәfәr; Seneqaldakı futatorolara
tukulyorlar yaxındır) vә Qambiya- da (Cancanbüre dairәsi; 400 min nәfәr) yaşayan futa-torolar vә fulakundalar aid edilir. Mәrkәzi F. Malinin c.-unda (Mopti, Sequ, Sikaso, Kulikoro vil.-lәri, Tombuktu vil.-nin c.-u vә Kayes vil.-nin şm.-ı) masinalar (1,1 mln. nәfәr); Volta F.-i (liptakolar, yatenqalar, mosi-qurmalar, tuqanlar) vә Burkina-Fasonun şm.-ında (Sahel vil. vә Bukl-dü-Muxun vil.-nin Kosi әyalәtinin Barani dep.-ti) baranilәr (0,8 mln. nәfәr); Beninin şm.-ş.-indә (Alibori dep.-tinin ş.-indә) borqulardan (0,5 mln. nәfәr) ibarәtdir. Şәrqi F.-ә adamavalar [Kamerunun şm.-ında (Ucqar şimal, Şimal vә Adamava әyalәtlәri) 2,3 mln. nәfәr vә Nigeriyanın ş.-indә (Adamava ştatı vә Taraba ştatının c.-ş.-i) 1,4 mln. nәfәr]; Nigeriyanın şm.-q.-indә (Sokoto ştatı; 0,4 mln. nәfәr) vә Nigerin c.-unda (0,9 mln. nәfәr) sokotolar; Nigeriyada mәrkәzi-şimali Nigeriya F.-i (13 mln. nәfәrdәn çox); Nigerin c.-q.-indә (Tillaberi vә Doso departamentlәri) Qәrbi Niger F.-i (dallollar, zarma-kabilәr vә s.; 0,7 mln. nәfәr); F.-bagirmilәr (Çadda 350 min nәfәr vә MAR-da 220 min nәfәr) aiddir. Hәmçinin Sudanda (200 min nәfәr), Anqolada, Misirdә, Liviyada, Mәrakeşdә, Fransada vә digәr ölkәlәrdә yaşayırlar. Ümumi sayları 40 mln. nәfәrdәn çoxdur (2016). Fula dilindә (Qvineya, Seneqal vә Kamerunda etnoslararası ünsiyyәt vasitәsidir) danışırlar; әrәb, fransız, ingilis, hausa (Nigeriya, Niger), bamana (Mali), volof (Seneqal), moore (Burkina-Faso) vә digәr dillәr dә yayılmışdır. Yazıları latın qrafikası әsasındadır. Dindarları, әsasәn, müsәlmandır. 11 әsrdә Şimali Afrikadan olan әrәb vә bәrbәr tacirlәrinin Mürabitlәrlә qaynayıb-qarışması nәticәsindә islamla ilk dәfә tanış olmuşlar. Qәrbi Afrikada islamın yayılmasında fәal iştirak etmişlәr; köçәrilәr (bororolar vә vodabelәr) әnәnәvi inanclarını saxlamışlar.
F.-in әcdadlarının Şәrqi Sudanın Böyük Sәhra әrazisindә (onun qurumasınadәk) formalaşması ehtimal olunur (20 әsrin әvvәllәrindә F.-in etnogenezinә dair fәrziyyәlәr sonralar rәdd edilmiş hami nәzәriyyәsinin әsasını tәşkil etmişdir). 1-ci minilliyin sonunda Böyük Sәhranın c.-q.-indә vә Saheldә mәskunlaşmış, 10–11 әsrlәrdә Seneqal çayı vadisindәn c.-da (Futa-Toro regionunda) onların bir sıra icma birliyi (әn irilәri Tәkrur vә Valo) olmuşdur. 11– 14 әsrlәrdә bütün Qәrbi Sudanda, 15–18 әsrlәrdә hausalar vә kanurilәrin torpaqlarında, Atlantika sahillәrindәn Çad gölünәdәk anklavlarda mәskunlaşmışlar. 18 әsrәdәk Qana, Mali, Sonqay, Bornu imperiyalarının, hausaların şәhәr-dövlәtlәrinin nüfuz dairәsindә olmuşlar. 18–19 әsrlәrdә bir neçә әmirlik, lamidat vә s. (Futa Callon, Futa Toro, Sokoto, Adamava, Liptako, Masina, Hac Ömәr imperiyası) yaratmışlar.
Müasir F. köçәri maldarlara (bororolar, vodabelәr, uudalar), yarımköçәrilәrә vә әkinçi xalqların, xüsusilә hausalar vә bambaraların güclü tәsirinә mәruz qalmış oturaq әkinçilәrә bölünürlәr; Nigeriyada hausa-fulanilәr, Malidә xasonkelәrin xüsusi etnik birliklәri formalaşır. Köçәri F.-dә qәdim Efiopiya irqinin variantı olan “fulbe” antropoloji tipi saxlanılmışdır. Ənәnәvi mәskәnlәri bir neçә yaşayış vә tәsәrrüfat tikililәrindәn ibarәtdir. Oturaq F. konusvarı dam örtüyü samandan olan dairәvi möhrә komalarda, maldarlar isә konusvarı çadırlarda yaşayırlar. F.-in Cәnnә mәscidi Ümumdünya irsi siyahısına daxil edilmişdir. Ənәnәvi kişi geyimlәrinә gen şalvar, uzun köynәk (bubu), saçaqlı uzun şәrf (dissa), sәndәl, papaq (bonne); qadın geyimlәrinә bel sarğısı, enli yaylıq, çoxsaylı bәzәklәr aiddir. Soyuq havalarda, adәtәn, tünd göy rәngli arxalıq geyirlәr. Yemәklәri bitki (kuskus, sıyıqlar, şorbalar) vә süd mәnşәlidir. Ənәnәvi sosial tәşkilatlanmanın әsasını böyük ailәli icmalar (ruqa) vә qohumluğu ata xәtti üzrә hesablanan qәbilәlәr tәşkil edir. Qohumluq bildirәn terminlәr sistemi bifurkativ tiplidir. Zarafatyana qohumluq (dendiraqu), patrilateral krosskuzen nikahlar (köçәrilәrdә), nikah üçün ödәmә vә gәlin üçün işlәyib ödәmә yayılmışdır. Oturaq F. әsilzadәlәr vә dini liderlәr (ardibe, toroobe, toronko) başda olmaqla azadlara (rimbe); nenbe sәnәtkar kastalarına (onların arasında dastançı-qriotlar seçilirlәr), daha sonra toxucular vә dulusçulara (mabube), dabbağlara (sakkebe), boyaqçılara, dәmirçilәrә; sonda qullara (rimaibe, ciyyabe) bölünürlәr. F.-dә islama әsaslanan әxlaq kodeksi (pulaaku) formalaşmışdır. İslamaqәdәrki inanclarından әcdadların, tәbiәt qüvvәlәrinin, Geno baş allahının kultları vә cadugәrlik saxlanılmışdır. Folklorlarına qriotların ifasında sәslәnәn epik poemalar (“Hac Ömәrin hәyatı”, “Silamaka vә Pullori”, “Ham-Bodeco” vә s.), nağıllar, miflәr, ayini vә dini poeziya, nәğmәlәr daxildir.
F.-in әksәriyyәti ali tәhsillidir. Onların arasında Afrika ölkәlәrinin tanınmış ziyalıları vә siyasәtçilәri, dövlәt xadimlәri vardır: Kamerun (Ə.Ahico), Nigeriya (U.Yar-Adua, M.Buxari, Ş.Şaqari), Mali (A.T.Ture) prezidentlәri, Burkina-Fasonun 1984–87 illәrdә lideri T.Sankara, Seneqalın (M.Dia), Qvineyanın (S.D.Diallo) vә Nigeriyanın (A. Tafava Baleva) baş nazirlәri, Afrika Birliyi Tәşkilatının ilk baş katibi D.Telli (Qvineya).