FÚLDA – AFR-dә, Hessen federal әrazisindә abbatlıq vә şәhәr. Əh. 68,6 min (2018). Fulda çayının yuxarı axarı sahilindәdir. İri d.y. şәbәkәsi. Toxuculuq, tikiş, kimya, rezin (şin) sәnayesi, k.t. maşınqayırması var.
Fulda kafedral kilsәsi. 18 әsr.
Abbatlığın әsası 744 ildә Müq. Maynslı Bonifasi tәrәfindәn qoyulmuşdur. 751 ildәn Papalığın birbaşa nәzarәtindә olmuş; 8–9 әsrlәrdә “Karolinq renessansı”, o cümlәdәn tarixnәvislik mәrkәzlәrindәn biri idi. Baş kilsәsi F.-nın ilk abbatı, italyan nümunәlәrindәn ilhamlanmış müq. Sturmi (Sturmius, 704–779) tәrәfindәn tikilmişdir. Monastırın yaxınlığında meydana gәlmiş mәskәn 1114 ildәn şәhәr olmuşdur. İmperator II Fridrix Ştaufenin 1221 ildә abbatlara verdiyi knyaz statusu 19 әsrәdәk saxlanılmışdı. 14 әsrdә monastır әvvәlki mәdәni әhәmiyyәtini itirmişdir. Otuzillik müharibә (1618–48) zamanı 1631 ildә şәhәri әlә keçirmiş protestant hessenlilәr tәrәfindәn dağıntılara mәruz qalmış, abbatlığın kitabxanası talanmışdı. 1752 ildә yepiskopluq statusu almışdır. 1802 ildә abbatlığın mülklәri mü- sadirә edilmiş, I Napoleonun qәrarı ilә Nassau-Oranj vә Frankfurt hersoqluqları arasında bölüşdürülmüşdü. 1815 ildә F. Hessen-Kassel kurfürstlüyünün tәrkibinә qatılmışdır; sonuncunun lәğvindәn sonra Prussiyanın bir hissәsinә çevrilmişdir (1866); 1945 ildәn Hessen federal әrazisinә daxildir.