FULVENLƏR (lat. fulvus – sarı) – ekzotsiklik ikiqat әlaqәli tsiklopentadienil qrup rezonans quruluşla tәsvir olunur:
F. sarıdan al-qırmızıya qәdәr rәngli, maye vә ya bәrk maddәlәrdir. Termiki davamsızdır. Kimyәvi xassәlәrinә görә polienlәrә yaxındır. F. Dils-Alder reaksiyalarına daxil olur, halogenlәrlә birlәşir, oksigenlә peroksidlәr әmәlә gәtirir, asan polimerlәşir. F. protonlaşır, alkillәşir vә nitrolaşır. LiAlH4 ilә tәsir etdikdә ekzotsiklik ikiqat rabitә reduksiya olunur. 6-Metilәvәzli F. aldehidlәrlә aldol kondenslәşmәsinә oxşar reasiyaya girir.
F. әsasların iştirakı ilә tsiklopentadienin aldehid vә ya ketonlarla kondenslәşmәsindәn alınır. Tsikllәri ekzotsiklik ikiqat rabitә ilә birlәşmiş, bitsiklik qoşulmuş sistemlәr (fulvalenlәr, seskvifulvalenlәr vә kolisinlәr) F.-ә yaxındır. Hәmçinin tetratia- vә tetraselenfulvalenlәr mәlumdur.