FULVOTURŞULAR - azot tәrkibli yüksәkmolekullu tәbii üzvi turşular. Su, qәlәvi vә turşularda hәll olaraq suda hәllolan duzları (fulvatlar) әmәlә gәtirir. Humusun tәrkibindә var. Humin turşularından fәrqli olaraq F. әhәmiyyәtli dәrәcәdә açıq rәnglidir (sarıdan qırmızı-qonur rәngә qәdәr), daha çox kationdәyişmә qabiliyyәtinә malikdir; onlar üçün miqdarca (%-lә) oksigenin daha yüksәk (45-50), karbonun daha az (36-44), azotun 3–4,5, hidrogenin 3–5% olması, hәmçinin daha kiçik molekul kütlәlәri sәciyyәvidir. Qüvvәtli turşu reaksiyası vә suda yaxşı hәllolması sayәsindә F. torpağın mineral hissәsini fәal surәtdә dağıdır, alüminium vә dәmir birlәşmәlәrinin torpağın profilindә miqrasiya etmәsinә imkan yaradır. F.-ın humusun ümumi miqdarındakı payı podzol vә çimli-podzollu torpaqlarda maksimumdur. Müxtәlif torpaqlardakı F. öz tәrkibinә vә xassәlәrinә görә bir-birindәn az fәrqlәnir.