FUMBÁN (Foumban) – Kamerunun q.-indә, Qәrb әyalәtindә şәhәr. Əh. 83,5 min (2005). Bamum sultanlığının paytaxtı olmuşdur. 18 әsrә aid sultan sarayında hazırda Bamum incәsәnәt muzeyi fәaliyyәt göstәrir. Tamlı mәhsullar sәnayesi, k.t. xammalının emalı, bәdii sәnәtkarlıq var. Balıqçılıq mәrkәzidir.
Fumban. Sultan sarayı. 18 әsr (hazırda Bamum incәsәnәt muzeyi).