Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FUMİQANTLAR

    FUMİQANTLAR (lat. fumigans; yiyәlik halda fumigantis – tüstülәyәn, tüstüyә verәn) – bitki zәrәrvericilәri vә bitki xәstәliklәrinin törәdicilәri ilә mübarizәdә istifadә olunan pestisidlәr. Onları qaz halında fumiqasiya üsulu ilә әsasәn, zәhәrli buxarlar, qazlar, tüstü, aerozollarla işlәnmәdә tәtbiq edirlәr. Fumiqasiya tikililәrin vә ya işlәnәn mәhsulların tәmiz hava axınından tam izolyasiyası ilә keçirilir. F.-ın istifadә müddәti vә üsulları onların xassәlәrindәn, o cümlәdәn fumiqasiya obyektinin zәrәrvericilәr vә xәstәliklәrlә yoluxma xüsusiyyәtlәri vә dәrәcәsindәn asılıdır. F. kimi әsasәn, bu maddәlәr tәtbiq edilir: fosfin (alüminium vә ya maqnezium fosfidin hidrolizindәn alınır), metilbromid, kükürd (kükürddioksidi verәn tüstü şaşkaları). F. xәstәlik törәdicilәri, ehtiyatlara zәrәr verәn cücülәr vә gәnәlәrlә mübarizәdә, hәmçinin karantin zәrәvericilәrinә qarşı istifadә olunur. F.-ın istifadәsi zamanı preparatın tәtbiq normasından asılı olaraq ekspozisiya vә deqazasiya vaxtları seçilir.

    F.-la anbar, oranjereya, istixanalar, elevatorlar, dәyirmanlar, nәqliyyat vasitәlәri, tara, bitki mәhsulları (dәn, meyvә, tәrәvәz, әkin materialı) vegetasiya olunan bitkilәr (üzüm vә çay kolları, meyvә vә sitrus ağacları), torpaq vә gәmirici yuvaları tәmizlәnir. Tam havalandırmadan sonra iş zonası havasının tәrkibindә pestisid qalıqlarının konsentrasiyasının icazә verilәn son hәddindәn çox olmadıqda insanların oraya buraxılmasına, mәhsulların reallaşdırılmasına isә pestisid qalığının icazә verilәn maksimal hәddәn çox olmadıqda yol verilir. Yüksәk tәhlükәli pestisidlәr olan F.-la iş zamanı әleyhqazlardan istifadә olunur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN