FUMİQASİYA, q a z a s i y a – bitki xәstәliklәrinin törәdicilәrinin vә zәrәrvericilәrinin zәhәrli fumiqantlarla mәhv edilmәsi. Fumiqator maşınları vasitәsi ilә hәyata keçirilir. Anbarlar, dәyirmanlar, elevatorlar, istixanalar, parniklәr vә tәrәvәz saxlanılan yerlәr, taralar, k.t. mәhsulları (dәn, çilik, meyvә, tәrәvәz vә b.) xüsusi kameralarda, brezent vә sintetik pәrdәdәn qurulmuş çadırlarda, quyularda; bitkilәr (üzüm, çay, sitrus bitkilәri), torpaq, gәmiricilәrin yuvaları F. olunur. F. zamanı zәhәrli qazlar vә buxar müәyyәn vaxt әrzindә (hermetizasiyaya riayәt etmәklә bir neçә saatdan bir neçә günәdәk) obyektin tәnәffüs orqanına tәsir etmәlidir; bu vaxt әrzindә orqanizmlәr zәhәrlәnәrәk tәlәf olur. F. müddәti, üsulları vә effektivliyi fumiqantların vә fumiqasiya obyektlәrinin xüsusiyyәtlәrindәn, hәmçinin zәrәrvericilәrә vә xәstәliklәrә yoluxma dәrәcәsindәn asılıdır.