FUNAFÚTİ – Tuvalu dövlәtinin paytaxtı. Funafuti atolunda yerlәşir. Əh. 6 mindәn çoxdur (2016). Sakit okeanda port. Beynәlxalq aeroport.
Funafuti şәhәrindәn görünüş.
1892–1916 illәrdә Britaniya protektoratının paytaxtı, 1916–75 illәrdә Britaniya kral müstәmlәkәsi Hilbert vә Ellis a-rının inz. m. olmuşdur. 1975 ildәn Tuvalunun paytaxtıdır. Cәnub-Sakit Okean un-tinin kampusu, Tuvalu dәniz tәdris in-tu (1978–79), milli kitabxana var. Hәr il Tuvalu idman oyunları (2008 ildәn) keçirilir. İnz. idarәetmә, tәhsil, maliyyә, telekommunikasiya vә port xidmәtlәri (yerli k.t. mәhsullarının ixracı) mühüm әhәmiyyәt daşıyır. Turizm inkişaf etmişdir.