FUNDAMENTAL ARDICILLIQ (K o ş i a r d ı c ı l l ı ğ ı, özünә yığılan ardıcıllıq) – Koşi şәrtini ödәyәn {xn}n≥1 ardıcıllığı; istәnilәn ε > 0 üçün elә N var ki, bütün n > N, m >N-lәr üçün |xn – xm| < ε bәrabәrsizliyi ödәnir; burada {xn}n≥1 ardıcıllığının elementlәri hәqiqi vә ya kompleks әdәdlәr, yaxud metrik fәzanın nöqtәlәridir, |xn – xm|| – xn vә xmnöqtәlәri arasındakı mәsafәdir.
İstәnilәn yığılan ardıcıllıq F.a.-dır. Hökmün tәrsi (istәnilәn F.a.-ın limiti var) doğru olduğu fәza t a m f ә z a adlanır. Mәs., Evklid fәzası tam fәzadır. Rasional әdәdlәr çoxluğu tamlıq xassәsinә malik deyil. Mәs., √2 әdәdinin onluq yaxınlaşmaları olan{rn}n≥1 ardıcıllığı F.a.-dır, lakin rasional әdәdlәr çoxluğunda limiti yoxdur.
Normalaşdırılmış fәzanın elementlәrindәn ibarәt {xn}n≥1 F.a.-ının tәyinindә|xn – xm| әvәzinә ||xn – xm|| istifadә olunur, burada ||·|| – bu fәzadakı normanı ifadә edir (göstәrir). Tam normalaşdırılmış fәza B a n a x f ә z a s ı adlanır. İstәnilәn normalaşdırılmış fәzanı Banax fәzasınadәk tamamlamaq olar.