Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FUNDAMENTAL ASTROMETRİYA 

    FUNDAMENTAL ASTROMETRİYA – astrometriyanın bölmәsi; göy cisimlәrinin vә kosmik aparatların (KA) fәzadakı vәziyyәtini vә onların hәrәkәtini öyrәnmәk üçün lazım olan istinad koordinat sisteminin tәyin edilmәsi ilә mәşğul olur. Bu istinad sistemi başlanğıcı (mәrkәzi) Günәş sisteminin bariosentrik mәrkәzindә yerlәşdirilmiş ekvatorial göy koordinat sistemi şәklindә formalaşdırılır. Hesab edilir ki, istinad koordinat sisteminin oxları Kainatın әn uzaq mәlum obyeklәrinә (kvazarlara) nәzәrәn tәrpәnmәz qalır; qeyd etmәk lazımdır ki, bu oxların istiqamәtlәri FK5 fundamental kataloqdan götürülmüş mәlumatlara әsasәn tәyin olunur.

    1998-ci il yanvarın 1-dәn istinad koordinat sistemi kimi Beynәlxalq Sәma İstinad Koordinat Sistemindәn (ICRS – International Celestial Reference System) istifadә edilir. Bu sistemdә koordinat başlanğıcı kimi Günәş sisteminin bariosentrik mәrkәzi vә әsas müstәvi kimi J2000.0. standart zamanına (epoxasına) uyğun orta ekvator götürülür. 21 әsrin başlanğıcı üçün inersial koordinat sisteminә әn yaxın sistem ICRS hesab olunurdu. 2010-cu il yanvarın 1-dәn isә 3414 istinad (dayaq) radiomәnbәlәrin dәqiq koordinatlarını әks etdirәn ICRF2 kvazarlar kataloqu ICRS üçün yeni fundamental astrometrik baza kimi qәbul edilmişdir. Bu kataloq üçün tәsadüfü vә sis- tematik xәtaların qiymәti 50–100 µas (mikroqövs saniyә) tәrtibindәdir.

    F.a.-nın kömәyilә Yerin irәlilәmә-fırlanma hәrәkәtlәrinin öyrәnilmәsi ilә bağlı, elәcә dә Günәşin, Ayın, planetlәrin vә Yerin süni peyklәrinin (ilk növbәdә, naviqasiya peyk sistemlәrinindinamik efemeridlәrinin ICRS-lә bağlılığından irәli gәlәn, mәsәlәlәr tәdqiq edilir. ICRS-dәki istinad mәnbәlәrin ölçülmәsindә çox uzun bazalı radiointerferometrlәrdәn istifadә edilir. Bu, çox mürәkkәb vә bahalı üsul olduğundan müasir F.a. istinad sistemini optik diapazonda qurmağa çalışır. Optik diapazonda müşahidәlәr aparmaq üçün Hipparkos (Hipparcos – “High Precision Parallax Collecting Satellite”) KA-nın kömәyilә yaradılmış ulduz kataloquna әsaslanan beynәlxalq göy koordinat sistemindәn dә istifadә edilir. Yaxın gәlәcәkdә, GAIA (Global Astronomic Instrument for Astrophysics) kosmik teleskopun (observatoriyanın) kömәyilә 1 milyarda yaxın sәma obyektinin (әsasәn ulduzların; lakin bura kvazarlar, planetlәr, komet vә asteroidlәr dә daxildir) mәxsusi hәrәkәtlәrini, parallakslarını vә koordinatlarını әks etdirәn çox dәqiq (5–10 µas) vә әn böyük sәma kataloqunun nәşri gözlәnilir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN