FUNDAMENTAL KATALOQLAR, a s t r o n o m i y a d a – göy koordinatlarının istinad sistemini reallaşdıran ulduzların siyahısı (ulduz kataloqları). İlk F.k. istinad obyektlәri kimi ulduzlardan istifadә etmәklә optik müşahidә diapazonunda qurulmuşdur. İstәnilәn F.k.-ın dәqiqliyi ulduzların mәxsusi hәrәkәti üzündәn azalır. Bu sәbәbdәn optik F.k. daima yenilәnir vә yeni versiyaları buraxılır (FK3, FK4, FK5, FK6, GC vә s.). 1988 ildә nәşr olunmuş vә 1535 ulduz haqqında mәlumat yerlәşdirilmiş FK5 kataloqu daha çox tanınır. 1991 ildә FK5-in daha zәif ulduzlara qәdәr genişlәndirilmiş PPM kataloqu (378 910 ulduz) yaradılmışdir. 2010-cu ildәn kvazarların – daha çox uzaqda olan vә praktiki olaraq tәrpәnmәyәn göy obyektlәrinin koordinatlarının İCRF2 kataloqu İCRS (Beynәlxalq Astronomik Koordinat Sistemi) istinad sisteminin praktiki olaraq reallaşmasıdır.