FUNDAMENTAL UZUNLUQ (elementar uzunluq) – fundamental fiziki tәsәvvürlәrin (nisbilik nәzәrriyәsinin, kvant nәzәriyәsinin, fizikada sәbәbiyyәt prinsipinin) tәtbiq sәrhәdlәrini tәyin edәn hipotetik universal uz. sabiti. F.u. (l) vasitәsilә mövcud fiziki tәsәvvürlәrin sәrhәdlәrindәn kәnarda baş verә bilәcәk yeni hadisәlәrin fәza-zaman vә enerji-impuls [xәtti ölçülәri x < l, zaman intervalları t < l/c, enerji oblastları E > hc/l (burada c – işıq sürәti, h – Plank sabitidir) şәrtlәri ilә tәyin olunan] oblastlarının ölçüsü (miqyası) ifadә olunur. Müasir nәzәriyyәlәrin artan çәtinliyi, abstraktlığı vә mәntiqi qeyri-ardıcıllığı fizikada radikal dәyişikliklәrin ola bilәcәyinә dәlalәt edir vә әgәr bu gözlәntilәr özünü doğruldarsa, nisbilik nәzәriyyәsi vә yaxud kvant mexanikası ilә müqayisә oluna bilәcәk inqilabi dәyişikliklәr baş verә bilәr. Bu halda müvafiq olaraq, F.u. elementar hissәciklәr nәzәriyyәsinә çox mühüm element kimi daxil olub, fizikanın üçüncü (c işıq sürәti vә h Plank sabitindәn sonra) F.u. sabiti kimi köhnә tәsәvvürlәrin tәtbiq sahәlәrini mәhdudlaşdırardı.
Müxtәlif vaxtlarda fiziklәr F.u. “roluna namizәdlәr” kimi elektronun Kompton dalğa uzunluğunu – γe ≈ 10–11 sm (Elektromaqnit qarşılıqlı tәsiri), π-mezonun –γπ ≈ 10–13 sm vә nuklonun γN ≈ 10–14 sm (Güclü qarşılıqlı tәsir) dalğa uz.-nu, zәif qarşılıqlı tәsirin xarakterik uz.-nu – tәqr. 10–16sm, qravitasiya uz.-nu (Plank uzun- luğu) – tәqr. 10–33 sm irәli sürmüşlәr. F.u.-un sadalanan kәmiyyәtlәrdәn birinә uyğun gәlmәsi elementar zәrrәciklәr nәzәriyyәsindә önәmli rol oynaya bilәrdi; belә ki, o, yeni yaranacaq fiziki tәsәvvürlәrin hansı növ qarşılıqlı tәsirlә bağlı olacağını göstәrә bilәr. Eksperimental tәdqiqatlara әsasәn, demәk olar ki, F.u. yuxarı sәrhәdi l < 10–20 sm şәrtini ödәyir. Yәni, elektromaqnit, zәif vә güclü qarşılıqlı tәsirlәr F.u. rolunu oynaya bilmәz vә çox güman ki, bu rola qravitasiya uz. uyğun gәlәcәk, çünki qravitasiya universaldır vә maddi alәmin bütün struktur elementlәri bu tәsirә mәruz qalır.