Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FUNDAMENTALİZM

    FUNDAMENTALİZM – 1) xristian modernizminә vә liberal ilahiyyata cavab olaraq ABŞ protestantizmindә meydana gәliş cәrәyan. Başlıca prinsiplәri ABŞ-da 1876 ildәn mütәmadi olaraq keçirilmәyә başlayan Niaqara Bibliya konfranslarında irәli sürülmüşdü. 1910–12 illәrdә “Əsaslar. Hәqiqәtә şahidlik” (“The Fundamentals. A Testimony to the Truth”) adlı silsilә anonim broşürlәrin çapından sonra 20 әsrin 2-ci onilliyindә ABŞ-ın cәnub ştatlarında, xüsusәn presviterianlar, baptistlәr vә metodistlәr arasında geniş yayılmışdı. Fundamentalistlәr Bibliyanın ilahi mәnşәli olması vә qüsursuzluğu, İsa Mәsihin mәsum doğuluşu, onun cismәn dirilәcәyi vә möcüzәlәrinin hәqiqiliyi inancına qayıdışı tәlәb edirdilәr. 1919 ildә Filadelfiyada Ümumdünya Xristian Əsasları Assosiasiyası yaradıldı. 1921–29 illәrdә fundamentalistlәr bir sıra cәnub ştatlarındakı (Arkanzas, Tennessi, Missisipi vә s.) dövlәt mәktәblәrindә insanın yaranması haqqında Darvin tәliminin tәdrisinә rәsmi qadağanın tәtbiqinә nail oldular. 1941 ildә Amerika Xristian Kilsәlәri Şurası, 1948 ildә Beynәlxalq Xristian Kilsәlәri Şurası yaradıldı. 1973 ildә fundamentalistlәrin tәkidi ilә Tennessi ştatında qanuna edilmiş dәyişikliyә görә, Darvinin tәlimi yalnız fәrziyyә kimi, yaranışın Bibliya versiyası ilә yanaşı tәdris oluna bilәrdi. 20 әsrin sonu – 21 әsrin әvvәllәrindә kreasionistlәr tәrәfindәn “şüurlu yaradılış” (intelligent design) nәzәriyyәsinin tәhsil sistemindә tәtbiqinә cәhdlәr edildi. Hazırda F. görüşlәrdә müәyyәn dәyişikliklәrlә qalmaqdadır. 2) Geniş mәnada F. – müqәddәs mәtnlәrin hәrfәn izahına vә ehkamların dәyişmәzliyinә әsaslanan, mühafizәkar sosial-siyasi quruluş tәrәfdarı olan dini şüurdur. Cәmiyyәtin dünyәvilәşmәsinә vә demokratiklәşmәsinә, dinin mәdәniyyәtin xüsusi forması kimi elmi cәhәtdәn öyrәnilmәsinә mәnfi reaksiyası ilә sәciyyәlәnәn F. digәr dinlәrdә dә tәzahür edir. Aralarında sıx әlaqәnin olmasına baxmayaraq, F. ekstremizmdәn fәrqlәnir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN