Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FUNGİSİDLƏR

    FUNGİSİDLƏR (lat. Funqus–göbәlәk vә caedo – öldürmәk) – zәrәrli göbәlәklәrlә kimyәvi vә bioloji mübarizә vasitәlәri. Pestisidlәrә aiddir. Törәdicinin orqanizminә vә mühafizә edilәn bitkiyә girmә (keçmә) üsulundan asılı olaraq k o n t a k t l ı (patogenin bitkiyә daxil olmasının qarşısını alır, lakin özlәri bitkininin içәrisinә keçmir), t r a n s l a m i n a r (mәhdud sistemli, bitkinin daxilinә girә bilir, lakin aparıcı sistemlәrlә hәrәkәt etmir), s i s t e m l i (bitki kutikulasından yaxşı keçir vә aparıcı sistemlәrlә hәrәkәt edir) F.-ә vә fumiqantlara ayrılır. Xәstәlik törәdicilәrinә göstәrdiyi tәsirin xarakterinә görә F. m ü h a f i z ә e d i c i (yoluxma prosesinin qarşısını alır), m ü a l i c ә v i (bitkiyә daxil olur vә orada inkişafın erkәn mәrhәlәlәrindә xәstәlik törәdicilәrini mәhv edir) vә k ö k ü n ü k ә s i c i (bitkinin hәm sәthindә, hәm dә daxilindә patogeni bütün inkişaf mәrhәlәlәrindә mәhv edir) olur. 

    F. әsasәn, zavod sintezi yolu ilә alınan üzvi birlәşmәlәrdir, lakin biofungisid preparatlar da var (mәs., sporәmәlәgәtirәn aerob torpaq bakteriyalarının bir sıra ştammları әsasında yaranan Bacillus subtilis, Pseudomonas aureofaciens vә P. fluorescens, hәmcinin Trichoderma harzianum vә T. veride). Tәsir mexanizminә görә kimyәvi F. energetik proseslәri pozan maddәlәrә – tәnәffüs, yaxud fosforlaşdırma inhibitorlarına (misin qeyri-üzvi birlәşmәlәri, ditiokarbamatlar, ftalimidlәr, karboksamidlәr vә s.); biosintez proseslәrinә tәsir edәn maddәlәrә – nuklein turşularını, sterinlәri vә s.-ni sintez edәnlәrә (azollar, pirimidinlәr, piperazinlәr vә s.); hüceyrә strukturlarını, membranları vә hüceyrә qişalarını dağıdan maddәlәrә (dikarboksimidlәr, fenilpirrollar) ayırılır.

    Bitkiçilikdә vә bağçılıqda F. bitkilәrin toxum vә әkin materialının dәrmanlanması, bitkilәrin iş mayesi ilә çilәnmәsi, bitkilәrin kök çürümәsinә qarşı torpağa gübrә verilmәsi, fumiqasiyalar (mәs., kükürdün kömәyi ilә) yolu ilә tәtbiq edilir. 21 әsrin әvvәllәrindә ikikompanentli preparatlardan geniş istifadә edilirdi. F.-lәrin bu vә ya digәr qrupunu tez-tez tәtbiq etdikdә xәstәlik törәdicilәrinin onlara qarşı rezistentliyi baş verir; bunun qarşısının alınması, yaxud sәviyyәsinin azaldılması üçün müxtәlif tәsir mexanizmi olan F.-ın növbәlәşmәsinin xüsusi sxemindәn istifadә edilir. Açıq qruntda F. әsasәn, bir neçә ay әrzindә (bәzilәri 2 ayadәk) zәhәrsiz birlәşmәlәrә qәdәr parçalanır. F.-ın әksәriyyәti insan üçün orta vә az tәhlükәli olanlara aid edilir. F.-lә görülәn işlәr tәhlükәsizlik texnikası qaydalarına riayәt edilmәklә aparılır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN