FUNİKULYÓR (fr. funiculaire; lat. funiculus – ip, kanat) – dik yoxuşlarda (35°-yәdәk) sәrnişin vә yük daşımaq üçün vaqonları kanatla dartılan relsli yol. F.-dan şәhәrlәrdә, kurort yerlәrindә vә sәnaye müәssisәlәrindә istifadә olunur. Vaqonlar yuxarı st.-da qoyulmuş elektrik intiqalları vә poladdan düzәldilmiş kanatların kömәyilә hәrәkәtә gәtirilir. F.-da çox vaxt 2 vaqon işlәyir (biri yuxarı qalxanda digәri bu vaxt aşağı enir). Yuxarı vә aşağı hissәlәrdә d.y. ikirelsli bir xәtdәn, orta hissәdә isә ikilәşmiş iki (ikirelsli) xәtdәn ibarәt olur. Tәhlükәsizlik mәqsәdilә F. vaqonları kanatların qırılması vә ya qәza hallarında relslәrdә ilişmәni tәmin edәn avtomatik әylәc qurğuları (avtomatik rels tutucuları), habelә siqnalizasiya, rabitә vә bloklama vasitәlәri ilә tәchiz olunur. F.-da vaqonların hәrәkәt sürәti 3 m/san-yә qәdәrdir; saatda 600-ә qәdәr adam daşıyır. D.y. ilә sәrnişin daşımaq üçün kanat dartıdan istifadә etmәk ideyası ilk dәfә 1825 ildә meydana çıxmış, 1854 ildә isә İtaliyada (Genuya) vә Avstriyada (Zommerinq) hәyata keçirilmişdir. Dağlıq sahәlәrdә yerlәşәn ölkәlәrdә (mәs., İsveçrәdә) F.-dan geniş istifadә edilir.
Bakı funikulyoru.
Bakı F.-u 1960 ildә istifadәyә verilmişdir. Müxtәlif vaxtlarda bir neçә dәfә tәmir edilmişdir. 2012 ildә әsaslı tәmir vә yenidәnqurmadan sonra yenidәn işә salınmışdır. St.-lar arası mәsafә 455 m-dir. Neftçilәr prospekti ilә Dağüstü parkı birlәşdirәn 2 st. (“Bәhram Gur” vә “Şәhidlәr Xiyabanı”) fәaliyyәt göstәrir. Vaqonların hәrәkәt sürәti 2,5 m/san-dir, gün әrzindә orta hesabla 2 minәdәk adam daşıyır.