FUNKSİONÁL ÇEVİRİCİ – çıxış siqnalı funksional (triqonometrik, loqarifmik vә s.) asılılıqla verilmiş bir vә ya bir neçә giriş siqnalı ilә bağlı olan elektron qurğu. Siqnalın növünә görә analoq (kәsilmәz siqnallarla işlәyir), әdәdi (diskret siqnallar, rәqәmli kodlarla işlәyir) vә hibrid (hәm kә silmәz, hәm dә diskret siqnallarla işlәyir) F.ç.-lәr var. F.ç.-lәr giriş dәyişәnlәrinin miqdarına (bir vә çoxölçülü), ifadә etdiklәri funksiyaların növünә, approksimasiya üsuluna (interpolyasiyalı, hesablayıcı vә approksimasiyalayıcı), tәsir siqnalının tәbiәtinә (elektrik, hidravlik, pnevmatik vә s.) görә dә tәsnif olunur. Müxtәlif funksiyalara sazlana bilәn F.ç. universal adlanır. F.ç.-lәr hesablama maşınlarında, avtomatik idarәetmә sistemlәrindә, telemexanika vә informasiya-ölçmә sistemlәrindә vә s. istifadә olunur.