FUNKSİONAL FƏZA – bu vә ya digәr üsulla mәsafә anlayışı vә yaxud daha ümumi, yaxınlıq anlayışları tәyin olunmuş funksiyalar çoxluğu. Hәr bir iki f1 vә f2 elementlәri ilә onların αf1 + βf2 xәtti kombinasiyalarını saxlayan F.f.-ya xәtti F.f. deyilir (burada α vә β hәqiqi vә ya kompleks әdәdlәrdir). F.f.-ya misal olaraq, hәr hansı [a,b] parçasında bütün kәsilmәz funksiyaların C(a,b) fәzasını göstәrmәk olar, burada iki funksiya arasındakı ρ( f1 , f2 ) mәsafәsi aşağıdakı düsturla tәyin olunur:
Funksional analizdә baxılan mühüm xәtti fәzalar F.f.-lardır.