FUNKSİONAL QRUP – verilmiş üzvi birlәşmә siniflәri üçün sәciyyәvi olan vә onun kimyәvi xassәlәrini müәyyәn edәn molekulun quruluş fraqmenti. F.q.-a azid, hidroksil, karbonil vә karboksil qrupları, azoqrup, aminqrupu misal göstәrmәk olar. Metil, fenil, 2-piridil qrupları F.q.-lar deyildir. Bәzәn metal vә qeyri-metalların tәk atomları, hәmçinin alkenlәrin ikiqat rabitәsi, alkinlәrin üçqat rabitәsi, qoşulmuş dienlәrin vә aromatik karbohidrogenlәrin p-elektron sistemlәrini vә s. saxlayan әvәzlәyicilәrә F.q. kimi baxılır. Polifunksional birlәşmәlәrdә bir neçә F.q. olur. F.q.-ların vәsfi vә miqdari tәyinindә kimyәvi vә spektroskopik üsullardan istifadә olunur (bax Üzvi maddәlәrin analizi).