FUNKSİONAL SİSTEM – riyazi kibernetikanın әsas obyektlәrindәn biri. Müәyyәn әmәliyyatlar sisteminin tәtbiq olunduğu funksiyalar çoxluğunu tәsvir edir. F.s.-ә misal olaraq, çoxqiymәtli mәntiq, avtomatlar cәbri, rekursiv funksiyalar cәbri vә s.-ni göstәrmәk olar. F.s-in sәciyyәviliyi, F.s.-in araşdırılması zamanı ona riyazi kibernetika, riyazi mәntiq vә cәbr cәhәtdәn baxılması vә yanaşılmasıdır. Mәs., riyazi kibernetika cәhәtdәn F.s.-ә mürәkkәb sistemlәrin funksionallaşdırılmasının tәsviri kimi baxılır. Riyazi mәntiq cәhәtdәn mәntiq modeli kimi, yәni üzәrindә mәntiq әmәliyyatları aparılan mülahizәlәr sistemi kimi baxılır. Cәbr cәhәtdәn F.s. cәbri sistemi tәsvir edir. F.s.-i cәbri sistemlәrin ümumi sinfindәn ayıran әsas xüsusiyyәt onun idarәedici sistemlәrin real kibernetik modellәri ilә mәzmunca bağlılığıdır. Bu әlaqә bir tәrәfdәn F.s. üzәrinә qoyulan mövcud tәlәblәr çoxluğunu tәyin edir, digәr tәrәfdәn nәzәri vә tәtbiqi әhәmiyyәt kәsb edәn mühüm mәsәlәlәr seriyasını yaradır. F.s.-in problematikası genişdir vә çoxqiymәtli mәntiqin problematikası ilә ümumi cәhәtlәrә malikdir. F.s.-in mühüm mәsәlәlәrinә tamlıq, bir funksiyanın digәr funksiya ilә ifadә olunmasının mürәkkәbliyi, eynilik çevrilmәlәri, sintez vә analiz vә s. aiddir ki, bunların hәlli bir çox F.s.-lәrә kifayәt qәdәr tәtbiq olunub.