Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FUNKSİONALİZM

    FUNKSİONALİZM – etnoqrafiyada mәktәb, sosiologiya, psixologiya vә dilçilikdә metodoloji yanaşma. F.-in tәdqiqat predmeti hәr bir sosial institutun malik olduğu funksiyadır, burada cәmiyyәt hәr bir elementi öz funksiyasını icra edәn vә bu zaman digәr elementlәrdәn asılı olmaqla, onların mahiyyәtini müәyyәnlәşdirәn struktura malik sistem kimi şәrh edilir. Mәdәniyyәt iyerarxik struktur kimi başa düşülür; onun elementlәri mürәkkәb hadisәlәrin tәrkibinә daxil olan sadә hadisәlәrdәn ibarәtdir. Sosial vә mәdәni hadisәlәr insanın müәyyәn cәmiyyәtә xas mәdәni norma vә qaydalar sistemi tәrәfindәn transformasiya olunmuş fizioloji tәlәbatından qaynaqlanır. Əsasәn, sosial strukturların fәaliyyәti vә tәkrar istehsalı mexanizmlәrinin açılmasına yönәlәn klassik F. tarixi dәyişikliklәrә maraq göstәrmirdi vә әslindә antitәkamülçü xarakter daşıyırdı.

    Cәmiyyәtin canlı orqanizmlә müqayisәsi ideyası F.-in әsas mәnbәyi kimi çıxış edirdi: orada hәr bir orqan (institut) bütöv sistemә nәzәrәn müәyyәn sosial funksiyanı yerinә yetirir (orqanisizm, H.Spenser). 1895 ildә E.Dürkheym F.-in prinsiplәrini formulә etmişdir. Almaniya müstәmlәkәlәrinin daha effektiv idarә olunması üçün etnoqrafik mәlumatları önә çәkmәyә çalışmış alman etnoloqu R.Turnvald ilk dәfә 1911 ildә sosial funksiyaların tәdqiqi mәsәlәsini irәli sürmüşdü. Elmi cәrәyan kimi F. 1920-ci illәrdә B.Britaniyada B.Malinovskinin “tәlәbatlar nәzәriyyәsi”ndә formalaşmışdır.

    B.Malinovskinin davamçısı A.R.Redkliff-Braun mәdәniyyәtin tәdqiqinә sosial münasibәtlәr prizmasından diqqәt yetirir vә onu kollektiv üzvlәri arasında qarşılıqlı sosial әlaqәlәrin dәstәklәnmәsinә, qorunub saxlanılmasına vә tәkrar istehsalına yönәlmiş institutların mәcmusu kimi nәzәrdәn keçirirdi. Tәdqiqatın әsas mәsәlәsi kimi o, ayrı-ayrı mәdәni fenomenlәrin özәyini tәşkil edәn baza struktur prinsiplәrinin axtarışını vurğulayırdı. Britaniya antropologiyasında sosial strukturun dәrindәn tәdqiqi E.E.Evans-Priçard, M.Fortes, M.Qlakmen, V.Törner, E.R.Liç, İ.Hoqbin, L.A.Fallers, O.Riçards, P.Lloyd, H.Kuper vә b. tәrәfindәn davam etdirilirdi. Yeni Zelandiya antropoloqu R.Förs elmin predmetini genişlәndirmәyi, lakin tәdqiqat çәrçivәsini kiçik insan birliklәri ilә mәhdudlaşdırmağı (mikrososioloji metod) vә hәr bir konkret hadisәyә digәr mәdәni fenomenlәr kontekstindә baxmağı (“kontekstualizasiya” metodikası) tәklif edәrәk, Malinovski vә Redkliff-Braun tәrәfdarları arasında ziddiyyәti aradan qaldırmağa çalışırdı. Funksional analiz 1930–70-ci illәr amerikan sosiologiyasında mühüm cәrәyanlardan biri idi.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN