FUNKSİYALAR NƏZƏRİYYƏSİ –riyaziyyatın funksiyaların ümumi xassәlәrini öyrәnәn bölmәsi. İki hissәyә ayrılır: h ә q i q i d ә y i ş ә n l i F.n. vә k o m p l e k s d ә y i ş ә n l i F.n. Hәqiqi dәyişәnli F.n.-ni üç istiqamәtә ayırmaq olar:
1) Funksiyaların metrik nәzәriyyәsi, burada funksiyanın xassәlәri çoxluğun ölçüsü anlayışı әsasında öyrәnilir.
2) Funksiyaların yaxınlaşması nәzәriyyәsi, burada analitik vasitәlәrlә funksiyanınyaxınlışmasının tәsviri mәsәlәlәri öyrәnilir.
3) Funksiyaların deskriptiv nәzәriyyәsi, burada әsas öyrәnilmә obyekti limitә keçid әmәliyyatıdır.