FUNKSİYALARIN KONSTRUKTİV NƏZƏRİYYƏSİ – funksiyalar nәzәriyyә- sinin bölmәsi; әsası С.N.Bernşteyn tәrәfindәn qoyulmuşdur; riyazi analizdә qoyulmuş mәsәlәlәrin hәqiqi hәlli olan hәm empirik, hәm dә hәr cür funksiyaların keyfiyyәtli öyrәnilmәsinin vә hesablanmasının mümkünlüyünә daha sadә vә münasib әsas verilmәsini qarşısına mәqsәd qoyur. F.k.n.-nin funksiyaların yaxınlaşması nәzәriyyәsini öz bölmәlәrindәn biri kimi saxlaması nәzәrdә tutulur. Son zamanlar F.k.n. termini nadir halda istifadә olunur.