FUNKSİYANIN ƏN BÖYÜK VƏ ƏN KİÇİK QİYMƏTLƏRİ – riyazi analizin anlayışı. Oblastın hәr hansı nöqtәsindә funksiyanın aldığı qiymәt o zaman әn böyük (kiçik) adlanır ki, bu oblastın heç bir nöqtәsindә funksiya hәmin qiymәtdәn böyük (kiçik) qiymәt almır. Funksiya bu qiymәtlәri törәmәnin sıfır olduğu vә ya tәyin olunmadığı nöqtәlәrdә, ya da parçanın uclarında alır. Parçada kәsilmәz funksiya özünün әn böyük vә әn kiçik qiymәtlәrini alır. Əgәr kәsilmәz funksiyaya intervalda baxsaq, bu intervalda onun qiymәtlәri içәrisindә әn böyük vә ya әn kiçik qiymәt olmur. Mәs, [0,1] parçasında verilmiş y = x funksiyası әn böyük vә әn kiçik qiymәtlәrini x = 1 vә x = 0 olanda alır; әgәr ona (0, 1) intervalında baxsaq, onun әn böyük vә әn kiçik qiymәtlәri olmaz: belә ki, istәnilәn x0 nöqtәsi üçün bu intervalda x0-dan sağda (solda) yerlәşәn nöqtә olacaq ki, o, x0-dan böyük (kiçik) olacaq. Analoji hal çoxdәyişәnli funksiya üçün dә doğrudur.