FUNKSİYANIN YAXINLAŞMASI VƏ İNTERPOLYASİYASI – riyaziyyatın bölmәsi; funksiyanın tәqribi tәsvir mәsәlәlәrini öyrәnir. Funksiyanın yaxınlaşması verilmiş f funksiyası üçün bu vә ya digәr mәnada hәmin funksiyaya yaxın olan vә onun tәqribi tәsvirini verәn y funksiyasının tapılmasıdır. Funksiyanın interpolyasiyası yaxınlaşmanın xüsusi halı olub, verilmiş nöqtәlәrdә verilmiş funksiya ilә üst-üstә düşәn funksiyanın tapılmasıdır.