FURAJİR (fr. fourraqe – yem) – dәrzdәn külәşi, yaxud samanı vә yerüstü anbardan silosu çıxartmaq, eyni zamanda doğramaq üçün kәnd tәsәrrüfatı maşını. F. bıçaqları olan doğrayıcı baraban, konfuzor (axın boyunca daralan boru) vә boru kәmәrli ekshausterlә tәchiz olunur. Külәş (saman) barabanın bıçaqları ilә doğranaraq ekshausterin yaratdığı hava seli ilә konfuzor vә boru kәmәrindәn keçәrәk arabacığa yüklәnir.