Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FURAN QATRANLARI

    FURAN QATRANLARI - tәrkibindә furan tsikli saxlayan birlәşmәlәrin polikondenslәşmә, yaxud ion polimerlәşmәsindәn alınan termoreaktiv oliqomer vә ya polimer mәhsullar. Əsasәn, furfuroldan, furfuril spirtindәn (onunoliqo merlәri hәmçinin furil qatranları adlanır), furfurilfurfuraldan, furfurolun asetonla kondenslәşmә mәhsullarından alınır. Qatranların әmәlәgәlmәsi vә bәrkimәsi ilә nәticәlәnәn reaksiyaların mexanizmi vә getmә dәrinliyi, elәcәdә onların müxtәlif alınma mәrhәlәlәrindәki quruluşu vә xassәlәri ilkin komponentlәrin nisbәti vә tipindәn, katalizatorun miqdarı vә tәbiәtindәn, reaksiyanın getmә şәraitindәn asılıdır.

    F.q. asetonda hәllolan, tünd rәngli bәrk amorf vә ya maye maddәlәrdir; zәhәrlidirlәr. F.q.-nın bәrkimә mәhsulları sәrt, kövrәk, termiki (300°C-ә qәdәr), radiasiya vә kimyәvi tәsirlәrә qarşı davamlı torvarı polimerlәrdir; bunların karbonlaşmasından qrafitlәşmәyәn karbon materialları әmәlә gәtirmәklә yüksәk çıxımla (60–80%) koks alınır. F.q. vә onların modifikasiyaları polimer betonlar, korroziyaya- vә odadavamlı yaxılar, lifli laylı şüşә-, kömür- vә asboplastiklәr, ağacyonqarlı vә ağaclifli tavalar üçün bәrkiyәn bağlayıcı kimi, karbonşüşә, karbon-karbon kompozisiya materiallarının istehsalında vә s. istifadә olunur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN