FURASTYÉ (Fourastié) Jan (15.4.1907, Sen-Beden-d`Azi – 25.7.1990, Lo dep-ti, Duel) – fransız iqtisadçısı, sosioloq, futuroloq. Əxlaqi vә Siyasi Elmlәr Akademiyasının üzvü (1968) vә prezidenti (1978 ildәn). Sәnaye cәmiyyәti nәzәriyyәsinin banilәrindәn biri. Parisdә Azad siyasi elmlәr mәktәbini (Siyasi araşdırmalar in-tu) bitirmişdir (1933). Hәmin in-tun (1947 ildәn) vә Sorbonnanın (1949 ildәn) prof.-u olmuşdur. Texnoloji determinizm ideyaları mәcrasında mәdәni-tarixi inkişafın sәnayeyәqәdәrki vә sәnaye mәrhәlәlәrini ayırır, postsәnaye cәmiyyәtini “xidmәtlәr sivilizasiyası” kimi nәzәrdәn keçirirdi. Sәnaye vә postsәnaye sivilizasiyalarının inkişafının müxtәlif aspektlәrinә dair 40-a yaxın әsәrin müәllifidir.