FURKÁD (Fourcade) Marten (d.14.9.1988, Şәrqi Pireney dep-ti, Sere) – fransız idmançısı. 2000-ci illәrin 2-ci yarısı – 2010-cu illәrdә dünyanın әn güclü biatlonçularından biri. 2 dәfә Olimpiya çempionudur. Biatlonla 14 yaşından mәşğul olur. Ümumi hesabda 6 dәfә (2012–17) vә müxtәlif fәnlәrdә 20 dәfә (2010–17) Dünya kubokunun sahibidir. Vankuver Qış Olimpiya Oyunlarının (2010) 15 km mәsafәyә mass-start yarışlarının gümüş mükafatçısı olmuş, Soçi Qış Olimpiya Oyunlarında (2014) 2 qızıl medal (12,5 km tәqibetmә yürüşü vә 20 km fәrdi yürüş) vә 1 gümüş medal (15 km – mass-start); dünya çempionatlarında (2011–17) müxtәlif fәnlәrdә 11 qızıl, 10 gümüş vә 4 bürünc medal qazanmışdır.
Qardaşı S i m o n (d.25.4.1984, Perpinyan) – fransız idmançısı (biatlon), gәnclәr arasında dәfәlәrlә dünya çempionu (2003–05), qarışıq estafetdә dünya çempionu (2009), dünya çempionatlarında (2012–15) müxtәlif fәnlәr üzrә üç gümüş vә bir bürünc medalın sahibi; üç Ağ Olimpiadanın (2006, 2010, 2014) iştirakçısıdır.