FURQAN (әr. الفرقان, فرق) – ayırmaq, seçmәk, fәrqlәndirmәk sözündәn) – xeyirlә şәri fәrqlәndirәn, hәmçinin bu fәrqlәndirmәnin meyarını ifadә edәn Quran termini; Quranın adlarından biri, müqәddәs kitabların ümumi adı. Adәtәn, xeyirlә şәrin sәrhәdinin dәqiq müәyyәnlәşdiricisi kimi Quranın özünә şamil olunur. “F.” eyni zamanda Quranın 25-ci (nazilolma ardıcıllığına görә 42-ci) surәsinin adıdır.