FÚRMA (alm. Form, hәrfi mәnası – forma) – әritmә prosesindә metallurgiya sobasına hava vә ya metallurgiya vannasına oksigen üfürmәk üçün qurğu. Oksigendәn әlavә F.-dan sobaya ovuntu halında materiallar da verilә bilәr. F., әsasәn, hava vә ya qaz üfürülәn boru kәmәrinin xüsusi konstruksiyalı ucluğu şәklindә olur.