FURMARYÉ (Fourmarier) Pol Frederik Jozef (25.12.1877, La-İlp, Brabant – 20.1.1970, Lyej) – Belçika geoloq-tektonisti. Kral EA-nın üzvü (1919). 1899 ildә Lyej Un-tini bitirmişdir; 1920 ildәn oranın prof.-u. Əsas işlәri Belçikanın, Konqo Demokratik Resp.-nın (әvvәlki Belçika Konqosunun) vә Mәrkәzi Afrikanın digәr regionlarının geologiyası, stratiqrafiyası, tektonikası vә hidrogeologiyasına hәsr olunmuşdur. Qırışıqlıq strukturlarının vә klivajların öyrәnilmәsinә xüsusi fikir vermişdir, Arden yüksәkliyindә şaryajları tәdqiq etmişdir. Kontinentlәrin dreyfi problemi ilә mәşğul olmuşdur. 1908–33 illәrdә Belçika geologiya cәmiyyәtinin baş katibi olmuşdur. Vollaston medalı ilә tәltif edilmişdir (1957). Furmaryerit mineralı onun şәrәfinә adlandırılmışdır.