FÚRNAŞ (Furnas) – Portuqaliyada balneoloji kurort. San-Migel a.-nda, Ponta-Delqada ş.-ndәn şm.-ş.-dә, mineral bulaqlarla zәngin kalderada yerlәşir. Sulfidli, dәmirli, karbonatlı vә digәr termal (74°C-yәdәk) sulardan vanna qәbulu üçün, hәrәkәt vә dayaq, tәnәffüs, hәzm orqanları vә dәri xәstәlikәrinin müalicәsindә istifadә olunur. Kurort kimi 19 әsrin 2-ci yarısından inkişaf edir. Bitki örtüyü zәngindir (dәfnә meşәlәri, palma, ananas vә s.). F. әtrafının nadir landşaftına görә turist maşrutuna daxil edilmişdir.
Furnaş balneoloji kurortu.