FURNİTÚR (fr. fourniture, fournir – çatdırmaq, tәchiz etmәk) – hәr hansı bir istehsal prosesindә, mәs., ayaqqabı, paltar, mebel hazırlanmasında kömәkçi material. Ayaqqabı tikilişindә mıx, sap, boya, krem vә s., tikiş sәnayesindә düymә, qarmaq, lent vә s., mebel sәnayesindә cәftә, dәstәk, qıfıl vә s. F. adlanır.