FURÚNKUL (lat. furunculus), ç i b a n – tük follikulunun vә әtraf toxumanın kәskin irinli-nekrotik iltihabı; törәdicisi irintörәdәn bakteriyalar, әsasәn, qızılı stafilokokklardır. S ә b ә b i: dәrinin çirklәnmәsi vә mikrotravması (qaşımaq, sıyrıntı), tәr vә piy ifrazının çox olması, endokrin xәstәliklәr (şәkәrli diabet) vә s.), avitaminoz, alkoqolizm, hәddindәn artıq soyuma vә s. Ən çox üzdә, әldә, boyunda, beldә, daha az burun girәcәyindә, xarici qulaq kecәcәyindә olur. Çoxsaylı vә tәkrar olunan F.-un meydana çıxması f u r u n k u l y o z, dәrinin vә follikul vә piy vәzilәri qrupu әtrafındakı dәrialtı toxumanın irinli-nekrotik iltihabı isә karbunkul (korçiban) adlanır. F. üzdә olarsa ağirlaşmalar (irinli meningit, sepsis) törәdә bilәr. M ü a l i c ә s i: F. әtrafı dәrini antiseptik dәrmanlarla tәmizlәmәk; ağırlaşdıqda antibiotiklәr (daxilә vә әzәlә daxilinә) vә s. F. möhtәviyyatını sıxmaq, iltihabi ocaq nahiyәsini masaj etmәk yolverilmәzdir. Tәkrar olunan furunkulyoz zamanı ümumi möhkәmlәndirici müalicә vә immunoterapiya aparılır. P r o f i l a k t i k a s ı: şәxsi gigiyena qaydalarına riayәt etmәk, dәrinin mikrotravmalarının qarşısını almaq, dәri zәdәlәnmәlәrinin vaxtında sanitariya işlәnmәsi. Bax hәmçinin Piodermiya, Follikulit.