Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FURYÉ (Fourier) Fransua Mari Şarl

    FURYÉ (Fourier) Fransua Mari Şarl (7.4.1772, Bezanson – 10.10.1837, Paris) – fransız utopist filosofu. Tacir ailәsindә anadan olmuş, orta mәktәbi bitirdikdәn sonra mütaliә yolu ilә biliklәrini artırmışdır. Böyük Fransa İnqilabı zamanı Lion federalist üsyanında (1793) iştirak etdiyi üçün hәbs olunmuş, orduya çağırılmışdır (1794). Sosial ideya vә layihәlәrini “Dörd hәrәkәt vә ümumi talelәr nәzәriyyәsi” (“Theorie des quatre mouvemens et des destinees generales”, 1808), “Ev vә әkinçilk assosiasiyası haqqında traktat” (“Sommaire de traite de l’association domestique-agricole”, 1823) әsәrlәrindә ifadә etmişdir. 1826 ildәn Parisdә yaşamışdır. İdeyalarını geniş yaymaq mәqsәdilә onları qısa şәkildә “Yeni sәnaye vә cәmiyyәt dünyası” (“Nouveau monde industriel et societaire”, 1829) adı altında nәşr etdirmişdir. F.-nin әsәrlәri geniş ictimai maraq oyatmasa da, onun bir çox şagirdi (V.Konsideran vә b.) olmuşdur. Onlar birlikdә “Le Phalanstère” (1832–34), “La Phalange” (1836–43) jurnallarını nәşr edirdilәr.

    F. ömrünün sonlarına yaxın mәşhurlaşmış vә hәlә hәyatda ikәn “furyerizm” termini yaranmışdı. F. insanın tәbii hiss vә istәklәrinin boğulmasını müasir cәmiyyәtin әsas qüsuru hesab edirdi. O, hәr bir ehtirasa xas olan 810 insan xarakterini ayırmış vә cәmiyyәti eyni tipә mәxsus insanların tәbii qarşılıqlı marağı vә hәr insanın müәyyәn fәaliyyәt növünә olan tәbii meyli әsasında qurmağı tәklif etmişdir. F. tәliminә әsasәn harmonik dövlәt vә cәmiyyәt quruluşunun özәyi “falanqa” – üzvlәrinin qarşılıqlı simpatiya- ları әsasında yaradılan vә böyük binada (falansterdә) birgә yaşayan kommuna olmalıdır. F. ehtimal edirdi ki, hәr birindә müxtәlif xarakterli 1620 üzvü (bәrabәr sayda kişi vә qadın) olan falansterlәr bütün yer üzündә yaradılmalıdır. Böyük torpaq sahәlәrinә malik olan falanster sakinlәri öz qabiliyyәtlәrinә uyğun olaraq birlikdә k.t. vә sәnәtkarlıqla mәşğul olacaq vә boş vaxtlarını keçirәcәklәr. F. sәnayelәşmәnin, rәqabәtin vә qeyri-mәhdud azad bazarın әleyhinә olsa da, xüsusi mülkiyyәtin vә vәrәsәlik hüququnun mövcudluğunu rәdd etmirdi. F.-nin nәzәriyyәsindә falanster sәhmdar cәmiyyәti kimi fәaliyyәt göstәrirdi, burada hәr üzvün gәliri onun әmәyindәn, qoyulmuş kapitaldan vә istedadından asılı idi. Zorakılığa qarşı çıxır, kişi vә qadın bәrabәrliyini müdafiә edir, uşaqlar üçün körpәlәr evinin yaradılmasını tәklif edirdi. Fransa inqilabını mәnfi qiymәtlәndirirdi. F. hәyatda ikәn falanster yarada bilmәsә dә, ölümündәn sonra onun davamçıları Fransada, Əlcәzairdә, Belçikada, ABŞ-da, Braziliyada, Meksikada bir neçә dәfә kommuna yaratmaq cәhdi etmiş, lakin bütün falansterlәr müәyyәn zamandan sonra dağılmışlar. Ən çox Giza (Fransa) vә Brüssel komunnalarındakı “familisterlәr” (fәhlә ailәlәrini birlәşdirәn falansterlәr) yaşaya bilmişdir (1880–1968). F.-nin ideyaları fransız bәdii әdәbiyyatında әksini tapmış (E.Sü, F.Pia, P.J.Beranje, E.Potye vә b.) vә fransız utopik sosializminin (K.Pikker, F.Vidal, P.A.Leru, P.J.Prudon) inkişafına tәsir göstәrmişdir. 30–40-cı illәrdә İngiltәrәdә erkәn dövr sosialist düşüncәsi (Hyu Doherti vә b.), Almaniya (V.Veytlinq, M.Gess vә b.), İtaliya (B.C.Mure, S.Savini), İspaniya (X.S.Abreu vә b.) vә Avropanın digәr ölkәlәri F. ideyalarının tәsirinә mәruz qalmışlar. Şimali Amerikada sosial ideyaların inkişafına F.-nin tәsiri o qәdәr güclü olmuşdur ki, 19 әsrin 30–40-cı illәrini Amerikada “Furye dövrü” adlandırırlar (A.Brisben, P.Qodvin, X.Qrili vә b.). Rusiyada 30–40-cı illәrdә A.İ.Gertsen, N.P.Oqaryov, M.V.Petraşevski F.-nin ideyaları ilә maraqlanmışlar. 20 әsrin 30–90-cı illәrindә F.-nin bәz ideyaları keçmiş SSRİ әrazisindә zorakı metodlarla hәyata keçirilmiş (mәs., iri kollektiv tәsәrrüfatların nümunәsi kimi kolxozlar), nәticәdә milyonlarla insan şәxsi mülkiyyәtlәrindәn mәhrum edilәrәk repressiyalara mәruz qalmışdı.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN