FURYE ÇEVİRMƏLƏRİ – inteqral çevirmәlәrindәn biri; funksiyanın F.ç. dedikdә, verilmiş f(x) funksiyası vasitәsilә
düsturu doğrudur.Funksiyalar üzәrindә aparılan hәr bir әmәliyyat onların F.ç.-nin üzәrindә aparılan әmәliyyata uyğundur, lakin çox vaxt F.ç. üzәrindә aparılan әmәliyyat f(x) üzәrindә aparılan әmәliyyatdan daha sadә olur. Çoxdәyişәnli funksiyalar üçün dә F.ç. anlayışı analoji qaydada verilir. İlk dәfә istilikkeçirmә nәzәriyyәsindә yaranan F.ç. riyaziyyatda (mәs., diferensial tәnliyin, inteqral tәnliyin, sonlu fәrq tәnliklәrin hәllindә, xüsusi funksiyalar nәzәriyyәsindә vә s.), hәmçinin, nәzәri fizikanın müxtәlif bölmәlәrindә çoxsaylı tәtbiqlәrә malikdir.