FURYE ƏDƏDİ – qeyri-stasionar istilik proseslәrinin oxşarlıq kriterilәrindәn biri. Cismin ölçülәrindәn vә onun temp-r keçiriciliyindәn asılı olan sistemin (cismin) daxilindәki temp-r sahәsinin dәyişmә sürәti ilә onu әhatә edәn mühitin istilik parametrlәrinin (şәraitin) dәyişmә sürәti arasındakı münasibәti xarakterizә edir. F.ә. F0 ilә işarә edilir vә F0 = at0∕l2 düsturu ilә tәyin olunur, burada a = λ∕ρc –tempraturkeçirmә әmsalı, λ – istilikkeçirmә әmsalı, ρ – sıxlıq, c – xüsusi istilik tutumu, l – cismin xarakterik xәtti ölçüsü, t0 – xarici şәraitin xarakterik dәyişmә müddәtidir. Müxtәlif effektlәrin sürәtlәri arasında әlaqә yaradan kriterilәr homoxronluq kriterilәri adlandığından, F.ә. dә istilik proseslәrinin homoxronluq kriterisidir. İstilikkeçirmә tәnliyi ilә verilәn istilik proseslәri üçün cisimdә temp-run ölçüsüz paylanması ölçüsüz hәndәsi vә istilik kriterilәrinin oxşarlığından asılı olan funksiyalarla tәsvir olunur, onlardan biri dә F.ә.-dir. J.Furyenin şәrәfinә adlandırılmışdır.