Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FURYE SPEKTROSKOPİYASI

    FURYE SPEKTROSKOPİYASI – elektromaqnit şüalanma spektrinin geniş tezlik diapazonunda (radioşüalanmadan optik, xüsusi halda İQ-şüalanmaya qәdәr olan diapazonda) öyrәnilmәsi metodları toplusu. Optik F.s. metodunda furye-spektrometrdәn istifadә edilir. Onun әsas elementi Maykelson interferometridir; interferometrin güzgülәrindәn biri ölçmә prosesindә yerini dәyişir. Mәnbәnin şüalanmasının fiksә edilmiş tezliyindә işığın intensivliyi fokal müstәvidә fotoqәbuledici tәrәfindәn qeyd edilir. Güzgülәrdәn birinin u sürәtilә yerdәyişmәsi zamanı interferensiya edәn dalğaların yollar fәrqi dәyişir vә bununla bәrabәr intensivlik dә aşağıdakı qanunla dәyişir:

    I (t) = J (ω)[1 + cos(2u ωt/c)],

    burada c – işığın sürәtidir. Fotoqәbuledicinin qeydә aldığı intensivliyin dәyişmәsi Ω = 2u ω /c tezlikli harmonik qanunla baş verir, yәni mәnbәnin ω şüalanma tezliyinә fotocәrәyanın Ω dәyişmә tezliyi uyğun olur. Optik mәnbәnin şüalanma spektri qәbuledicidәn axan cәrәyanın spektrinә çevrilir, yәni yüksәk optik tezliklәrdәn intensivliyin modulyasiyasına uyğun aşağı tezliklәrә keçilir.

    F.s. metodu spektrin İQ oblastında daha effektlidir. F.s. metodları nüvә maqnit vә elektron paramaqnit rezonansların spektroskopiyasında da tәtbiq edilir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN